SOSIAL ÖZ XƏBƏR

Naxçıvan Dövlət Universitetində 70 minlik "alış-veriş" - Traynik, qabyuyan, aftafa və.s üçün

“NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ” Publik Hüquqi Şəxs tərəfindən keçirilən təmir-tikinti materiallarının satınalınması tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 32gun.az xəbər verir ki, tərəflər arasında 70169,89 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alır. Bu təchizatlar universitetin müxtəlif təmir və tikinti işlərində istifadə olunacaq.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Saleh oğlu İsayevdir.

Ayaz 

Oxşar Xəbərlər