ÖZ XƏBƏR
Naxçıvanda bu idarənin 171 min manatlıq "alış-veriş" puç oldu
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və dəyişdirilməsi ilə bağlı elan etdiyi 171.230,04 manat dəyərində tender ləğv edilib.
32gun.az xəbər verir ki, Səbəb olaraq, müsabiqədə iştirak etmək üçün təklif və təminat təqdim etmiş, həmçinin müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu isə qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən satınalmanın həyata keçirilməsini mümkünsüz edib.
Qeyd edək ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayevdur.
Ayaz