ÖZ XƏBƏR

Elm və Təhsil Nazirliyinin Hökumət Evi ilə bağlı təmir tenderi ləğv edildi

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən tender proseduru ləğv olunub. Satınalma Hökumət Evinin binasının müxtəlif mərtəbələrində yerləşən Mədəniyyət Nazirliyinə məxsus otaqların cari təmiri ilə bağlı idi.

32gun.az xəbər verir ki, Ləğv edilməyə səbəb kimi, təklif və təminat sənədlərini təqdim edən, həmçinin tələb olunan lisenziya və icazələrə malik təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsinə əsaslanır.

Satınalmanın ehtimal olunan dəyəri 124.641,04 manat idi. Qeyd edək ki, tenderdə iştirak üçün ilkin olaraq "Əsaslı Tikinti və Təchizat" MMC müraciət etmişdi, lakin yetərli sayda rəqib olmadığı üçün prosedur baş tutmayıb.

Ayaz 

Oxşar Xəbərlər