ÖZ XƏBƏR
AzTU laboratoriya malları alacaq – 895 min manatlıq
"Azərbaycan Texniki Universiteti" publik hüquqi şəxsi Türkiyə-Azərbaycan Universitetinin qida təhlükəsizliyi laboratoriyası üçün avadanlıq və malların satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, Satınalma üzrə ehtimal olunan qiymət 895.452,50 manat təşkil edir. Layihənin həyata keçirilməsi ilə universitetin laborator infrastrukturunun gücləndirilməsi və qida təhlükəsizliyi sahəsində müasir tələblərə cavab verən şəraitin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir. Türkiyə-Azərbaycan Universiteti hər iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi ilə yaradılıb.
Ayaz