MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

"Xaç atası"nın rejissoru Koppola Romada xəstəxanaya yerləşdirilib

Amerikalı məşhur rejissor Frensis Ford Koppola İtaliyanın paytaxtındakı "Tor Vergata" klinikasında hospitalizasiya edilib.

32gun.az xəbər verir ki, bu barədə ANSA agentliyi tibbi mənbələrə istinadən məlumat yayıb.

Hazırda Koppolanın xəstəxanaya yerləşdirilmə səbəbi və diaqnozu barədə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Frensis Ford Koppola “Xaç atası” trilogiyasının rejissoru və ssenari müəllifidir. O, bu əfsanəvi ekran işinə görə dünya kinematoqrafiyasında iz qoymuş sənətkarlardan biri hesab olunur.

 

Oxşar Xəbərlər