ÖZ XƏBƏR
Lənkəran Mərkəzi Xəstəxanası təsərrüfat malları alır
Lənkəran Rayon Mərkəzi Xəstəxanası (Publik Hüquqi Şəxs) dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə tenderin qalibini müəyyənləşdirib.
32gun.az xəbər verir ki, qalib “Global Stationery Office” MMC olub. Tərəflər arasında 65 min 333 manat 79 qəpiklik müqavilənin bağlanacağı gözlənilir.
Satınalma çərçivəsində xəstəxana üçün tualet fırçası (şotka), pedallı zibil qabı, pol silən dəst, salfetka qabı, hava təmizləyici, 50 sm-lik mop başlıq (plastik kəpənək), mətbəx təmizlik tozu, ceyran dərisi, əl salfetkası, tualet kağızı və digər təsərrüfat malları alınacaq.
Ayaz