ÖZ XƏBƏR
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 50 minlik alış-veriş
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu idarədə istifadə olunan müxtəlif mal-materialların satınalması ilə bağlı tender keçirib.
Qalib “Neosol” Məhdud Məsuliyyətli Cəmiyyəti olub, təklifin qiyməti 49.777,77 AZN təşkil edib.
Alınan mallar arasında ceyran dərisi, fırça (tualet üçün), 60 sm-lik şlanq, plastmas qapı açar içliyi və kağız skoçu yer alıb.
Bildirək ki, qalib şirkətin qanuni təmsilçi PƏRVİZ CƏFƏROV SALEH OĞLU, nizamnamə kapitalı 10 manatdır.
Ayaz