ÖZ XƏBƏR
“Bakıdakı Qəzalı Binalar: Söküntü İşlərinin Layihələndirilməsi üçün 63 min AZN
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tender elan edib.
32gun.az xəbər verir ki, adı keçən idarə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə elan verib.
Ehtimal olunan qiymət 63.052,45 AZN-dir.
İdarə Heyətinin sədri Ramin Abdullayevdir.
Ayaz