ÖZ XƏBƏR
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tikinti materiallarını satın aldı
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə tender keçirib.
32gun.az xəbər verir ki, Tenderin qalibi “Tikinti Təchizat 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 107.220,7 AZN təşkil edib.
Satın alınan materiallar arasında yağlı boya, ağac materialları (dikt), su qapısı şluz, emulsiya (çöl məkan üçün, 3,5–10–25 kq plastik qabda), 7 sm şrup, rəngsiz lak (polietilen örtükdə, 2,5–20 kq dəmir qabda), bel sapı ilə birlikdə süngü və xəkəndaz çalovlu, 10 litrlik plastik vedrə, yanmış məftil və digər materiallar yer alır.
Ayaz