MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Xalq artisti Yaşar Nurinin toy fotosu
Azərbaycanın sevilən aktyoru, mərhum Xalq artisti Yaşar Nurinin arxivdən çıxan toy fotosu sosial şəbəkələrdə yayılıb.
32gun.az xəbər verir ki, qara–ağ formatda olan bu nadir kadr sənətkarın həyatının ən xoşbəxt günlərindən birinə – ailə həyatı qurduğu vaxta təsadüf edir. Fotoda Yaşar Nuri həyat yoldaşı ilə birlikdə əks olunub.
İllər öncənin yadigarı olan bu şəkil izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və geniş şəkildə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri mərhum sənətkarı rəhmətlə anaraq, onun sənət yolunun xalqın yaddaşında əbədi qalacağını bildiriblər.
Xatırladaq ki, Yaşar Nuri Azərbaycan teatr və kino sənətinin ən parlaq simalarından biri olub. Onun yaratdığı obrazlar bu gün də tamaşaçıların qəlbində yaşayır.
Nilay