MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
“Ögey ana” filminin nadir çəkiliş fotosu gündəm oldu
1958-ci ildə ekranlara çıxmış və o dövrdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş məşhur “Ögey ana” filminin çəkilişləri zamanı lentə alınmış nadir foto sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb.
32gun.az xəbər verir ki, tarixi kadrda filmin baş qəhrəmanlarını canlandıran Nəcibə Məlikova (ögey ana) və uşaq obrazı İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyev, həmçinin filmin rejissoru Həbib İsmayılov və operator Xan Babayev əks olunublar.
Qeyd edək ki, filmin çəkilişləri İsmayıllı rayonunun Qalacıq kəndində aparılıb. Klassik Azərbaycan kinosunun incilərindən sayılan bu ekran əsəri bu gün də tamaşaçılar tərəfindən sevə-sevə xatırlanır.
Ayaz