ÖZ XƏBƏR

Zakir Quliyev Yevlaxda Ərəb kanalında 190 min AZN-lik təmir işləri görüləcək

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi Yevlax rayonunda yeni layihə həyata keçirəcək.

32gun.az xəbər verir ki, satınalma Ərəb kanalına Əlican çayından suyun verilməsində yaranmış çətinliyin aradan qaldırılması məqsədi ilə Əlican çayında 1 ədəd fiksatorun (L1=65,0 pm) əsaslı təmiri  ilə bağlıdır. 

İşlərin dəyəri təqribən 190.000 AZN olaraq hesablanıb.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilmişdi.

Nilay

Oxşar Xəbərlər