SOSIAL ÖZ XƏBƏR

Vüqar Əhmədovun rəhbərlik etdiyi “Azərişıq” vətəndaşı narazı saldı - “Limitdən artıq istifadə üçün intervalı uzadırlar”

Vüqar Əhmədovun rəhbərlik etdiyib“Azərişıq” ASC ilə bağlı daha bir şikayət var. 

33gun.az bildirir ki, Faris Cəfərov adlı vətəndaşın sözlərinə görə, sonuncu dəfə elektrik sayğacı 3 avqustda oxunub, növbəti dəfə isə yalnız 14 sentyabrda yoxlanılıb. Bu isə 42 günlük interval deməkdir.

Şikayətçi qeyd edir ki, belə uzun müddət ərzində nəzarətin olmaması məqsədli ola bilər:
“Fikrimcə, "Azərişıq" tapşırıq verir ki, işıq sərfiyyatı çox olan aylarda intervalı çox qoysunlar ki, limitdən artıq istifadə artsın. "Azərişıq", biz niyə sizin cibinizə işləməliyik?” – deyə o bildirib.

Ayaz 

Oxşar Xəbərlər