ÖZ XƏBƏR

Aqrar Xidmətlər Agentliyi gübrə satın alır

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki sort-sınaq məntəqələrində xidmətlərin həyata keçirilməsi məqsədilə gübrələrin satın alınması üzrə tenderin qalibini müəyyən edib.

32gun.az xəbər verir ki, tenderin qalibi BioControl Məhdud Məsuliyyətli Cəmiyyəti olub və qalib şirkətlə bağlanacaq müqavilənin məbləği 91.000 AZN təşkil edir. Satın alınacaq gübrələrə 40 ton Ammofos 12:52 və 62 ton Karbamid daxildir, hər ikisi fiziki forması F və növü M olan gübrələrdir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir. 

Ayaz

Oxşar Xəbərlər