ÖZ XƏBƏR
Naxçıvanda Sanitar Təmizlik İdarəsi üçün 1 dəst geyim alınır - 27 min manata
Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi” yeni satınalma müqaviləsi imzalayıb.
32gun.az xəbər verir ki, qurum geyim dəstlərinin alınması ilə bağlı “ZÜMRÜD TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, idarəyə 1 dəst xüsusi geyim təchiz ediləcək və bunun üçün 26.786 AZN vəsait ayrılıb. Geyim dəstlərinin xüsusiyyətləri və digər detalları tender sənədində göstərilib.
Nilay