ÖZ XƏBƏR
DOST Agentliyinin 2,6 milyon manatlıq texnologiya satınalması ləğv edildi
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST Agentliyi) DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün texnoloji və müxtəlif avadanlıqların alınması məqsədilə nəzərdə tutulmuş 2 milyon 638 min 180 manatlıq tenderi ləğv edilib.
32gun.az xəbər verir ki, qərara əsasən açıq tender proseduru dayandırılıb.
Tender çərçivəsində printerlər, flash kartlar, monitorinq sistemləri, FO laser testerlər, klaviaturalar, aksion və fotokameralar, taxometr, GPS dəstləri, həssas soyutma sistemləri, şəbəkə təhlükəsizlik avadanlığı və digər texnoloji avadanlıqların alınması planlaşdırılmışdı.
Tenderin ləğv olunması ilə Agentlik, planlaşdırılmış texnoloji təchizatları və modernizasiya işlərini gecikdirmiş oldu.
Nilay