ÖZ XƏBƏR

Naxçıvanda 4,6 milyon manatlıq tender planlaşdırılıb

“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin diaqnostik, müalicəvi və pasiyent baxımı imkanlarını artırmaq məqsədilə müxtəlif tibbi cihazların alınması üzrə satınalma həyata keçirməyi planlaşdırır.

32gun.az xəbər verir ki,  tenderin ehtimal olunan dəyəri 4 milyon 607 min 896 manat 61 qəpik təşkil edir.

Planlaşdırılan satınalma ilə xəstəxanaların və digər tibb müəssisələrinin texniki imkanlarının modernləşdirilməsi, diaqnostika və müalicə proseslərinin keyfiyyətinin artırılması nəzərdə tutulur.

Nilay

Oxşar Xəbərlər