ÖZ XƏBƏR

Rəis 9 min AZN-lik tozsoran almaq istəyirmiş / Görün niyə baş tutmayıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən döşəməyuyan və sənaye tipli tozsoranların alınması üçün elan edilən tender ləğv olunub. 

32gun.az xəbər verir ki, satınalmada iştirak etmək üçün təklif və təminat təqdim edən, həmçinin tələb olunan halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğundan (Qanunun 36.1.1-ci maddəsi) tender baş tutmayıb.

Satınalmanın ehtimal olunan dəyəri 9.340,69 manat təşkil edirdi. Hospitalın planına akkumulyatorla işləyən və geniş sahələri qısa müddətdə təmizləmə qabiliyyətinə malik sənaye tipli döşəməyuyan aparat, ən azı 2400 Vatt gücə sahib sənaye tipli tozsoran və həm quru tullantıları, həm də çirkli suyu sovura bilən 70 litrlik tutumlu sənaye tipli su sovuran tozsoranın alınması daxil idi.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.

Nilay

Oxşar Xəbərlər