ÖZ XƏBƏR
“BİO FORM” MMC-nin vergi borcu yaranıb / FOTO
"BİO FORM” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borcu üzə çıxıb. /
32gun.az xəbər verir ki, şirkətin 34.810,51 manat məbləğində vergi borcu qeydə alınıb.
Məlumata əsasən, şirkət üzrə borc 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nəzarətindədir. Müəssisə Daşkəsən rayonunun Təzəkənd kəndində qeydiyyatdan keçib.
Rəsmi sənədlərdə “BİO FORM” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Samir İsmayılov Nurələm oğludur.
Ayaz