ÖZ XƏBƏR

Kalininqradda 16 yaşlı yeniyetçi Avropaya piyada keçmək istərkən saxlanılıb

Kalininqradda hüquq-mühafizə orqanları 16 yaşlı yeniyetçi barədə cinayət işi açıb. O, Avropa İttifaqına piyada keçmək istəyərkən Polşa sərhədində saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Kalininqrad Regional Məhkəməsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, gəncin hərəkətləri Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 322-ci maddəsinin 1-ci hissəsi — dövlət sərhədini qanunsuz keçmə — üzrə qiymətləndirilib. Hazırda məhkəmə iclasının tarixi müəyyən edilməyib.

İstintaqa görə, yeniyetçi ABŞ-da siyasi sığınacaq almaq məqsədilə Sankt-Peterburqdankalininqrada, oradan isə Polşaya getməyi planlaşdırıb. Avqust ayında o, Kalininqrada gəlib və sərhədi keçmək üçün ən təhlükəsiz yer axtarıb. Nəticədə, Sevsk yaşayış məntəqəsi yaxınlığında Lava çayını keçərək dövlət sərhədini 20 metr məsafədə keçib. Tezliklə onu Polşa sərhədçiləri saxlayaraq Rusiya hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Qeyd edək ki, sentyabr ayında Rusiya sərhədində Almaniya vətəndaşı saxlanılıb. O, Kalininqrad bölgəsinə 8,2 kq patron gətirməyə cəhd edib. Patrondlar götürülüb və həmin şəxsə qarşı inzibati iş açılıb.

Ayaz 

Oxşar Xəbərlər