Lənkəran-Lerik yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
"32gun.az" xəbər verir ki, qəza Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin sürdüyü “Reno” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza zamanı “VAZ-2106”nın sürücüsü, eləcə də digər avtomobildə olan sərnişinlər – 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicələri davam etdirilir.
Məlumata görə, xəsarət alanlardan bir neçəsi məktəbli, digərləri isə tələbədir.
Ayaz