ÖZ XƏBƏR

“AVTO QARANT” MMC-nin 55 min manatlıq vergi borcu yaranıb - FOTO

Bakı şəhərində fəaliyyət göstərən “AVTO QARANT” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb.

32gun.az xəbər verir ki, borc  55 min 741 manat 75 qəpik məbləğindədir. 

Rəsmi məlumatlara əsasən, şirkət həmçinin “riskli vergi ödəyicisi” kimi də qeydiyyata alınıb. Bu status Vergi Məcəlləsinə uyğun olaraq, uçot və hesabatlılıq qaydalarını pozan, əməliyyatlarında şəffaflıqla bağlı risk daşıyan müəssisələrə tətbiq edilir.

“AVTO QARANT” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 208-də yerləşir.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Vilayət Abdullayev Mustafa oğludur.

Ayaz

Oxşar Xəbərlər