ÖZ XƏBƏR
Şabran şəhərində bu küçələr təmir ediləcək
Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyətinin Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən şəhərin bir neçə küçəsində əsaslı təmir işləri həyata keçiriləcək.
Əhatə olunan küçələr bunlardır: Koroğlu, Tofiq İsmayılov, Ceyhun Vasiqov, Almaz İldırım, Seyfəddin Balağayev, Salatın Əsgərova və Qaçaq Nəbi.
32gun.az-ın məlumatına görə, tenderdə qalib “İS.M.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Təklifin qiyməti 327.750,02 AZN təşkil edir və yaxın vaxtlarda müqavilənin bağlanacağı gözlənilir.
Ayaz