ÖZ XƏBƏR
"POST EXPRESS" MMC-nin vergi borcu yaranıb
"POST EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə vergi borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, şirkətin dövlət qarşısında yaranmış borcu 19 519,17 (on doqquz min beş yüz on doqquz manat, on yeddi qəpik) AZN təşkil edir.
Şirkət Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 105 ünvanında yerləşir. “POST EXPRESS” MMC-nin qanuni təmsilçisi Asiman Abdullayev Ramazan oğlu, nizamnamə kapitalı isə 10 manat olaraq qeyd olunub.
Ayaz