Məşhur aparıcı nişanlısı ilə ölkəsini tərk etdi
Anfisa Çexova nişanlısı ilə Rusiyanı tərk etdi – Çinə yollandılar
Rusiyalı aparıcı və aktrisa Anfisa Çexova nişanlısı Aleksandr Zlatopolski ilə birlikdə Rusiyanı tərk edib.
32gun.az bildirir ki, ulduz bu barədə “Instagram” səhifəsində məlumat verib.
Sənətçi bildirib ki, cütlük Çinə səyahətə çıxıb:
“Gün səyahətlə başladı. Saşa uçuşlardan çox qorxur, bir az stress içindədir. Mən isə tam sakitəm. Çinə uçuruq. Noyabra qədər bizi gözləməyin”, – deyə Çexova yazıb.
Xatırladaq ki, Anfisa Çexova və Aleksandr Zlatopolski 2024-cü ildən bəri birgə tədbirlərdə görünür, lakin şəxsi münasibətləri barədə danışmaqdan yayınırdılar. Yalnız 2025-ci ilin mayında Zlatopolski sosial şəbəkələrdə aparıcını dodaqlarından öpdüyü fotonu paylaşaraq münasibətlərini rəsmən təsdiqləmişdi.
Avqustda isə prodüser sevgilisinə Parisdə evlilik təklifi edib. Anfisa Çexova üzüyünü göstərərək, təklifin çox düşünülmüş və romantik şəkildə baş tutduğunu söyləyib. O, uzun illərdir onu “olduğu kimi sevən və dəyişməyə məcbur etməyən” bir kişi axtardığını bildirib.
Nilay