Moskva “Spartak” klubunun sabiq baş məşqçisi Oleg Romantsev rus dilini öyrənməyən əcnəbi mütəxəssislərə qarşı sərt tədbir görülməsini təklif edib.
32gun.az xəbər verir ki, bu barədə “Matç TV” məlumat yayıb.
Romantsev bildirib ki, yaxşı xarici məşqçilər var, lakin onların qarşısına rus dilini öyrənmək tələbi qoyulmalıdır:
“Yaxşı əcnəbi mütəxəssislər olur. Amma onlara rus dilini öyrənmək tapşırılmalıdır. Bəlkə də müəyyən müddət ərzində dili bilməsələr, maaşlarını azaltmaq lazımdır.”
Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya yığması və klublarını turnirlərdən kənarlaşdırıb. Bu səbəbdən rusiyalı klublar Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edə bilmir. Həmçinin Rusiya millisinin 2022-ci il dünya çempionatı və 2024 Avropa çempionatında, eləcə də 2026 mundialının seçmə mərhələsində iştirakına icazə verilməyib.
Ayaz