İDMAN ÖZ XƏBƏR

“Real Madrid”in sabiq futbolçusu xəstəxanaya yerləşdirilib / insult keçirib

Niderlandlı keçmiş futbolçu Royston Drente insult diaqnozu ilə xəstəxanaya aparılıb. 38 yaşlı idmançının vəziyyətinin qəfil pisləşdiyi və insult keçirdiyi bildirilir.

32gun.az-ın Məlumatına görə, hadisə oktyabrın 17-də baş verib. Drente hazırda həkim nəzarəti altındadır və onun müalicəsi davam edir.

Royston Drente futbol karyerası ərzində “Real Madrid”, “Everton”, “Feyenoord” kimi klublarda çıxış edib. Karyerasını başa vurduqdan sonra o, müxtəlif həvəskar komandaların heyətində oynamağa davam edib.

Ayaz 

Oxşar Xəbərlər