DÜNYA

Türk Şurasının adı dəyişdirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adının dəyişdirildiyini elan edib.

32gun.az xəbər verir ki, dövlət başçısı bu gün İstanbulda keçirilən Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə bu barədə qərar qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.

Oxşar Xəbərlər