ÖZ XƏBƏR

“Səhiyyənin Təminat Mərkəzi” 834 min manatlıq məişət avadanlıqları alır

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi məişət avadanlıqlarının satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 834.804,89 manat təşkil edir.

Texniki şərtlərə əsasən, qurum müxtəlif gücdə və tutumda kondisionerlər, soyuducu avadanlıqlar, elektrik çaydanlar, plitələr, soba və digər məişət texnikaları alacaq.

Layihəyə ümumilikdə kondisionerlərin (9000–60000 BTU gücdə) 160 ədəd, soyuducu və dondurucuların 40-a yaxın ədəd, eləcə də elektrik çaydan, soba və plitə kimi avadanlıqların bir neçə ədədi daxildir.

Alınacaq kondisionerlərin hər biri montaj ləvazimatları və quraşdırma ilə birlikdə, A enerji səmərəlilik sinfində, həm isitmə, həm də soyutma rejimində işləməlidir.

Satınalma çərçivəsində həmçinin elektrik konveksiyalı soba, mikrodalğalı soba, elektrik plitəsi və iri tutumlu soyuducu dolablar da nəzərdə tutulur

Ayaz

Oxşar Xəbərlər