ÖZ XƏBƏR
DVX Rza Cəfərovun “APF Agro” şirkətində yoxlama apardı - sanksiyası tətbiq edildi
“APF Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti nəticəsində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən şirkət barəsində aparılan yoxlama zamanı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərlə əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb edildiyi müəyyən olunub.
Faktla bağlı tərtib edilmiş akt əsasında Babək rayonu, Nehrəm kəndində fəaliyyət göstərən, nizamnamə kapitalı 50 manat olan və Rza Cəfərov Rəhim oğlunun rəhbərlik etdiyi “APF Agro” MMC-yə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Ayaz