ÖZ XƏBƏR
“Azəridmanservis” MMC çamaşır yuma xidmətləri üçün satınalma elan etdi
“Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyəti çamaşırların yuyulması xidmətinin satın alınması üçün elan verib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 98.004,90 AZN təşkil edir.
Xidmət çərçivəsində mələfə, hamam, əl və ayaq dəsmalları, pərdə, ağ tül, balış və yorğan üzü, həmçinin tək və iki nəfərlik yataq və yolçalar daxil olmaqla müxtəlif çamaşır növlərinin peşəkar yuyulması təmin ediləcək. Sənədlərdə qeyd olunduğu kimi, bütün əşyalar yüksək temperaturda (60–90°C) yuyulacaq, ləkələrin çıxarılması üçün peşəkar vasitələrdən istifadə olunacaq və ütüləmə prosesi həyata keçiriləcək.
Ayaz