Aktrisa Qan içində Ceklin Kennedi obrazında Hellouin partisinə qatılıb
Məşhur aktrisa və model Culiya Foks Hellouin bayramı üçün qan ləkələri ilə bəzədilmiş Ceklin Kennedi obrazı seçib.
32gun.az xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.
Foks tədbirə çəhrayı kostyum, yubka, mavi yaylıq, atlas əlcəklər və kiçik şlyapa ilə gəlib. Onun jaketinin üzərində qan izləri təsvir olunub, bu da obrazına dramatik effekt verib.
Bundan əvvəl aktrisa Kaliforniyanın Termal şəhərində keçirilən Revolve brend festivalında cəsarətli geyimi ilə diqqət çəkmişdi. O, tədbirə beys dəri korset, qəhvəyi bolero, şəffaf kolqotka, string alt geyim və hündürdaban çəkmələrlə qatılmış, şalvar və ya yubka geyinməkdən imtina etmişdi. Saçlarını arxaya darayan Foks tünd göz kölgəsi və açıq tonlu dodaq boyası ilə kamera qarşısına keçmişdi.
Qeyd edək ki, Culiya Foks aktrisa, model və bloqerdir. O, 2022-ci ildə reper Kanye West ilə münasibətdə olub, lakin onların romanı cəmi bir yarım ay davam edib.
Nilay