KRİMİNAL

Qaradağ icra hakimiyyətinin bir neçə vəzifəli şəxsi həbs olundu - YENİLƏNİB

Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər rüşvət almaqda ittiham olunur.

XXX

01:07

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.

01 noyabr, 22:30

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb.

Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb.

N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri ilə bağlı qərar verilib

Oxşar Xəbərlər