DÜNYA

Rusiya itkilərini nə vaxt açıqlayacaq? - Peskovdan AÇIQLAMA

“Rusiya Müdafiə Nazirliyi lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrində itkilər barədə yeni məlumat verəcək”.

32gun.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, jurnalistlərə açıqlamasında onu da əlavə edib ki, Müdafiə Nazirliyi bu barədə bir dəfə məlumat verib.

“Həqiqətən də, məlumatı Müdafiə Nazirliyi bir dəfə verib, lakin artıq dediyimiz kimi, bu preroqativlik tamamilə onlara, yəni bizim hərbçilərə məxsusdur. Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər”, - deyə Peskov bildirib. //redaktor.az

Oxşar Xəbərlər