ÖZ XƏBƏR
Səbail Rayon İcra Hakimiyyəti görün hansı şirkəti qalib seçdi
Səbail Rayon İcra Hakimiyyəti “Müxtəlif təyinatlı malların satın alınması” üzrə tenderin qalibini müəyyən edib.
32gun.az xəbər verir ki, tenderin qalibi "EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında 21.657,96 manat məbləğində müqavilə bağlanması gözlənilir.
Satınalma çərçivəsində müxtəlif texniki və ofis avadanlıqları, eləcə də təsərrüfat ləvazimatlarının alınması nəzərdə tutulur. Siyahıya kondisioner, printer, masa və nərdivanlar, həmçinin müxtəlif markalı avtomobillər üçün hava və yağ filterləri, mühərrik və sürət qutusu yağı daxildir.
Bundan əlavə, icra hakimiyyəti üçün fərman və şəhadətnamə kağızları, çərçivələr də alınacaq.
Ayaz