Naxçıvan Təhsil Nazirliyinin avadanlıq satınalması müsabiqəsi ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və onun tabeliyində olan müəssisələr üçün İKT və məişət avadanlıqlarının alınması ilə bağlı elan edilmiş satınalma proseduru ləğv edilib.
32gun.az bildirir ki, Müsabiqənin dayandırıldığı bildirilir.
Ləğv edilməyə səbəb olaraq satınalmada iştirak üçün təklif və təklif təminatı təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib. Qeyd edilib ki, müsabiqəyə müraciət edən malgöndərənlərin sayı qanunvericilikdə nəzərdə tutulan minimum həddi təmin etmədiyindən proses başa çatdırıla bilməyib.
Satınalmanın ehtimal olunan dəyəri 715 min 598 manat 02 qəpik təşkil edirdi və bu çərçivədə notebook, rəngli lazerjet printer, kompüter dəsti, dispenser, üz tanıma sistemi və digər avadanlıqların alınması nəzərdə tutulurdu.
Ayaz