Moskva ÇSKA klubunun futbolçusu Aleksey Bondarenko “Spartak”la keçirilən Gənclər Futbol Liqası (MFL) oyunundan sonra rəqib barədə təhqiramiz şüar səsləndirib.
32gun.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram kanalında məlumat verib.
Görüşdə Bondarenko “Spartak”ın qapısından üç qol keçirib və ÇSKA matçı 3:2 hesabı ilə qazanıb. Qarşılaşmadan sonra futbolçu komandasının azarkeşlərinin olduğu tribunaya yaxınlaşaraq “Spartak” barədə qeyri-etik ifadələrdən ibarət şüar səsləndirməyə başlayıb.
Ayaz