İslam Maxaçev ən güclülər siyahısına daha bir döyüşçünü əlavə etdi
Rusiyalı UFC döyüşçüsü İslam Maxaçev öz reytinqinə daha bir idmançını əlavə edib.
32gun.az xəbər verir ki, o sosial şəbəkədə paylaşım edib.
“Mərab Dvalişvili-ni unutmuşam. O, ən güclülərdən biridir,” – deyə Maxaçev yazıb.
Bundan öncə o, Aleksandr Pantoja, Tom Aspinall, Aleksandr Volkanovski, İliya Topuriya və öz adını UFC-nin ən güclü döyüşçüləri sırasında qeyd etmişdi.
Hazırda 34 yaşlı İslam Maxaçev avstraliyalı Cek Della Maddalena ilə UFC-nin yarımorta çəki dərəcəsində titul döyüşünə hazırlaşır. Qarşılaşma 2025-ci il noyabrın 16-da keçiriləcək UFC 322 turnirində baş tutacaq.
Maxaçev bir neçə il yüngül çəki (70,3 kq) kateqoriyasında çıxış edərək UFC çempionu olub və bu çəki dərəcəsində dörd dəfə ardıcıl titulunu qorumaqla rekord müəyyənləşdirib.
O, yarımorta çəkiyə keçmək üçün yüngül çəki çempionluğundan imtina edib.
Ayaz