DİGƏR ÖZ XƏBƏR

Xroniki ağrı yüksək qan təzyiqi riskini artırır — yeni araşdırma

Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, bədənin müxtəlif nahiyələrində uzunmüddətli xroniki ağrı böyüklərdə hipertoniya ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir.

32gun.az xəbər verir ki, "Hypertension" jurnalında dərc olunan araşdırma ABŞ-dan 200 min iştirakçının sağlamlıq məlumatlarının təhlili əsasında aparılıb. İştirakçılar ağrının yerini, davametmə müddətini və gündəlik fəaliyyətlərinə təsirini qeyd ediblər. Xroniki ağrının araşdırmaya daxil edilməsi üçün onun ən azı üç ay davam etməsi tələb olunub.

Nəticələrə görə, xroniki lokal ağrı yüksək qan təzyiqi riskini 20%, qısamüddətli ağrı isə 10% artırır. Alimlər müəyyən ediblər ki, qarın nahiyəsində davamlı ağrı hipertoniya ehtimalını 43% yüksəldir, baş ağrısı riski 22% artırır, boyun və çiyin ağrıları 19%, bud nahiyəsində ağrı 17%, bel ağrısı isə 16% artıma səbəb olur.

Tədqiqatda iltihab və depressiya kimi əlavə risk amilləri də nəzərə alınıb. İltihab qanda C-reaktiv zülalın səviyyəsinə görə, depressiya isə əhval düşkünlüyü, maraq itkisi, narahatlıq və apatiya kimi əlamətlərin sorğusu əsasında qiymətləndirilib. Bu amillərin mövcudluğuna baxmayaraq, xroniki ağrı ilə hipertoniya arasındakı əlaqə sabit olaraq qalıb.

Araşdırmanın həmmüəllifi, tibb elmləri doktoru Cill Pell qeyd edir ki, xroniki ağrıdan şikayət edən insanlara tibbi yardım göstərilərkən artan hipertoniya riski nəzərə alınmalıdır. Onun sözlərinə görə, ağrının erkən müəyyənləşdirilməsi ürək-damar fəsadlarının daha tez diaqnostika və müalicəsinə imkan verə bilər.

Nilay 

Oxşar Xəbərlər