ÖZ XƏBƏR

Göyçay Peşə Hazırlığı Mərkəzi printer və kompüter alır – 10 min manatlıq satınalma

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Göyçay Peşə Hazırlığı Mərkəzi avadanlıq təminatı ilə bağlı yeni satınalma prosesinə çıxıb.

32gun.az xəbər verir ki, Mərkəz “Maşın və avadanlıqların satınalınması” üzrə ehtimal olunan dəyəri 10.575,75 AZN olan tenderə start verib.

Satınalma predmetinə aşağıdakılar daxildir:

Printer (ağ-qara, A4 formatı) – 2 ədəd

Komputer – 5 ədəd

Hazırda satınalma müsabiqəsinin nəticələri gözlənilir.

Xatırladaq ki,mərkəzin direktoru Paşayev Arzu Elmir oğludur.

Ayaz

Oxşar Xəbərlər