ÖZ XƏBƏR

"Neşve" restoranında Azərbaycan və Türkiyə bayraqlarına hörmətsizlik / Video

Bakı şəhərinin Nərimanov rayonunda – “Şəki kruqu” adlanan ərazidə yerləşən “Neşve” restoranının qarşısındakı dövlət bayraqları yararsız vəziyyətdədir.

32gun.az xəbər verir ki, Sosial şəbəkə istifadəçisi Mahmud Yusubovun bildirdiyinə görə, Azərbaycan və Türkiyə bayraqları uzun müddətdir solmuş, ətəkləri cırılmış və baxımsız halda dirəklərdə saxlanılır.

Şikayətçi qeyd edir ki, məsələ ötən il restoran rəhbərliyinə bildirilsə də, heç bir tədbir görülməyib. Onun sözlərinə görə, bayraqlar bəzən dirəyə bağlanaraq aşağı salınır, bəzən isə zədələnmiş formada dalğalanır və bu, dövlət atributlarına açıq hörmətsizlik kimi qiymətləndirilir.

32gun.az əməkdaşı da əraziyə gələrək vəziyyəti yerində araşdırıb və bayraqların həqiqətən də zədələnmiş olduğunu təsdiqləyib. Hazırda ətrafda aparılan tikinti işləri onların vəziyyətini daha da pisləşdirir.

Qanunvericiliyə əsasən, “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunda dövlət bayrağının cırılmış, solmuş və ya yararsız vəziyyətdə istifadəsi qəti şəkildə qadağandır.
Ayaz

Oxşar Xəbərlər