Nyu-Yorkun meri Erik Adams UFC 322 turniri zamanı rusiyalı döyüşçü İslam Maxaçovun komandasının iştirakı ilə baş verən kütləvi davaya münasibət bildirib.
32gun.az xəbər verir ki, o hadisəyə görə məsul şəxslərin cəzalandırılacağını deyib.
“Madison Square Garden arenasında baş verən bu hücumlar tamamilə qəbuledilməzdir. Nyu-York polisi artıq hərtərəfli araşdırma aparır və iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq”, – deyə Adams qeyd edib.
Xatırladaq ki, 16 noyabr 2025-ci ildə İslam Maxaçovun komanda üzvləri rusiyalı idmançıları təhqir etdiyi iddia olunan döyüşçü Dillon Dənislə dava etmişdi.
Həmin gün Moskva vaxtı ilə səhər saatlarında keçirilən UFC 322 turnirində İslam Məhəçev beş raund davam edən döyüşdə Cek Della Maddalenanı məğlub edərək yarımorta çəkidə UFC çempionu titulunu qazanıb. Döyüş bütün raundları əhatə edib və hakimlərin yekdil qərarı ilə (50–45, 50–45, 50–45) İslam Maxaçov qalib elan edilib.
34 yaşlı Maxaçov bir neçə il yüngül çəkidə (70,3 kq) dominant çıxış etdikdən və bu çəki dərəcəsində dörd dəfə ardıcıl titul müdafiəsi rekordu qoyduqdan sonra yarımorta çəkiyə yüksəlib. Bu keçid səbəbindən o, yüngül çəki çempionluq kəmərindən imtina etmək məcburiyyətində qalıb.
Ayaz