İDMAN ÖZ XƏBƏR

Fiqurlu konkisürən Kostylevanın anası qızını döydüyünə görə həbs oluna bilər

Rusiyalı 14 yaşlı fiqurist Yelena Kostylevanın anası İrina Kostylevanı qızını döyməkdə ittiham edilməsi səbəbilə valideyn hüquqlarından məhrumetmə və hətta həbs cəzası gözləyə bilər.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki bunu Rusiyalı Vəkil Aleksandr Dobrovinski bildirib.

Dobrovinskinin sözlərinə görə, Kostylevanın barəsində cinayət işi açıla bilər:

“Kostylevanın anasını çox şey gözləyə bilər — valideyn hüquqlarından məhrumetmə və həmçinin cinayət işi açılması. Bu halda cəza ya cərimə, ya da iki ilədək azadlıqdan məhrumetmə ola bilər.”

28 noyabr 2025-ci ildə prodüser Yana Rudkovskaya sosial şəbəkələrində İrina Kostylevanın öz qızını döydüyünü göstərən videonu dərc edib.

Videoda Kostyleva-­böyük qızına yumruqla qarın nahiyəsinə zərbə endirir. Fiquristin atası görüntülərin dərcinə yazılı razılıq verib.

Ayaz 

Oxşar Xəbərlər