SOSIAL
Övladlığa götürülən ən yaşlı insan oldu
74 yaşlı ABŞ sakini Bill Steyns rəsmi olaraq övladlığa götürülən dünyanın ən yaşlı insanı kimi tarixə düşüb.
Axşam.az xəbər verir ki, onu özündən cavan olan yaxın dostları — Rayan və Cessika Fiskus ailəsinə daxil ediblər. Bu üçlük daim birgə vaxt keçirib, binqo oynayıb, motosikl sürüb.
Bill övladlığa götürüldüyü zaman 74 il 303 günlük olub. Onun bioloji valideynləri isə 2003-cü ildə vəfat ediblər.
Onlar həmçinin veteranlara yardım edən yerli təşkilatda da birgə könüllü kimi çalışıblar.