İDMAN ÖZ XƏBƏR

Hiddink: “Arşavin ‘Qızıl top’a layiq idi”

Rusiya millisinin sabiq baş məşqçisi Qus Hiddink bildirib ki, Sankt-Peterburq “Zenit”inin keçmiş futbolçusu Andrey Arşavin “Qızıl top” mükafatına layiq idi.

32gun.az bildirir ki, bu barədə “RB Sport” məlumat yayıb.

“Heca şübhəsiz deyə bilərəm ki, Arşavin öz zirvə dövründə PSJ-nin oyunçusu Usman Dembelədən daha güclü idi. Təəssüf ki, Andrey heç vaxt ‘Qızıl top’ qazana bilmədi. O, buna layiq idi və buna çox yaxın idi”, — deyə Hiddink bildirib.

Arşavin “Zenit” klubunun yetirməsidir. O, komandanın heyətində 1999–2008 və 2013–2015-ci illərdə çıxış edib. Sankt-Peterburq təmsilçisi ilə o, üçqat Rusiya çempionu olub, ölkə Superkubokunu qazanıb, həmçinin UEFA Kuboku və UEFA Superkubokunun qalibi adını əldə edib. Ümumilikdə “Zenit”də 376 oyun keçirərək 80 qol vurub.

Rusiya millisinin heyətində Arşavin 2008-ci il Avropa çempionatının bürünc medalçısı olub. Milli komandada 74 oyun keçirib və 17 qola imza atıb.

Ayaz 

Oxşar Xəbərlər