ÖZ XƏBƏR
DGK Mərkəzi Hospitalının 1 milyonluq alış-verişi dayandırıldı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib.
32gun.az-ın məlumata əsasən, satınalmada iştirak üçün təklif və təminat təqdim etmiş, tələb olunan lisenziya və icazələrə malik təchizatçıların sayı üçdən az olduğu üçün prosedur 36.1.1-ci maddəyə uyğun şəkildə dayandırılıb.
Ləğv edilmə mətni “Yetərsay olmadığı üçün ləğv olunur” kimi qeyd edilib. Satınalmanın ehtimal olunan dəyəri 1.091.614,21 AZN təşkil edirdi.
Ayaz