Təhminə Mustafayeva 82 min manatlıq mebel alır - Məşhur Məmmədova məxsus olan "Embawood"dan
Naxçıvan Şəhər Təhsil Şöbəsi 17 təhsil müəssisəsində yeni yaradılacaq STEAM kabinələri üçün mebel və avadanlıqların satın alınması üzrə tenderi başa çatdırıb.
32gun.az xəbər verir ki, qalib “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub, təklifin qiyməti 82.085,52 AZN-dir.
Qeyd edək ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayevadır.
Xatırladaq ki, “Embawood”da əsas pay sahiblərindən biri olan Elşad Abbasov bir müddət şirkətin baş direktoru vəzifəsində çalışıb. O, 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
“Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun “Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də “Emba Finans” QSC-nin əsas səhmdarlarıdır. Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı şəhər seçki dairəsini təmsil edir.
Ayaz