ÖZ XƏBƏR
Biləsuvar İcra Hakimiyyəti küçə işıqlandırmasının təmiri üçün 510 min AZN-lik müqavilə imzaladı
Biləsuvar Rayon İcra Hakimiyyəti şəhər küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinin satınalınması üzrə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, Layihənin icrası “Euroservise” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Müqavilənin dəyəri 510.632,24 AZN təşkil edir və işlər büdcə və büdcədənkənar vəsait hesabına maliyyələşdirilir.
Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçi Elşən Nəcəfov Məcid oğludur.
Ayaz