ÖZ XƏBƏR

Təcili Tibbi Yardım Mərkəzinin “Hyundai Sonata” təmiri ilə dayandırıldı

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ “Hyundai Sonata” markalı avtomobillərin əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması məqsədi ilə elan etdiyi tenderə xitam verib.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan qiyməti 13.549,94 manat təşkil edirdi.

Tenderin ləğv edilməsinə səbəb təklif və təklifin təminatını təqdim edən, eləcə də tələb olunan lisenziyaya malik təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib.

Qurumun açıqlamasında bildirilir ki, müsabiqənin ləğv edilməsi ilə bağlı protokol rəsmiləşdirilib.

Ayaz

Oxşar Xəbərlər