ÖZ XƏBƏR

Kliniki Tibbi Mərkəzin 118 minlik tibbi avadanlıq tenderi – Qalib şirkətin 8 min manat vergi borcu üzə çıxdı

Kliniki Tibbi Mərkəz tibbi avadanlıqların və ehtiyat hissələrinin satın alınması üzrə keçirdiyi tenderə yekun vurub.

32gun.az xəbər verir ki, satınalmanın qalibi “Aticon Group” MMC olub və tərəflər arasında 118.855,5 AZN dəyərində müqavilənin bağlanması planlaşdırılır.

Müqavilə çərçivəsində aşağıdakı tibbi avadanlıqların alınması nəzərdə tutulur:

  • teleskop

  • laparoskopik kəsim və koaqulyasiya üçün kombinə edilmiş enerji cihazı

  • kombinə edilmiş enerji cihazı üçün əl aləti (Handpiece)

  • buxarlı sterilizator

  • bakterisit resirkulyator

  • cərrahi koaqulyator

32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi olan “Aticon Group” MMC-nin dövlət büdcəsinə vergi borcu mövcuddur. Rəsmi məlumatlarda göstərilir ki, şirkətin borcu 8.011,38 AZN təşkil edir.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Əjdər Sadıqov İlyas oğludur.

Ayaz

Oxşar Xəbərlər